Gürcüstanın sabiq Baş naziri Qaxariya hücuma məruz qalıb - VİDEO

Feb 17, 2025 - 14:43
 0  130

Gürcüstanın sabiq Baş naziri, müxalif “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya hava limanında hücuma məruz qalıb.

Tbilisi limanında Qaxariyaya bir neçə yumurta atan şəxs onu alçaldıcı ifadələrlə təhqir edib.

İnsidentin görüntüləri sosial şəbəkədə yayılıb.

“Gürcüstan Naminə” partiyası bəyanatında insidentin Qaxariya Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verdiyini bildirib. Partiya insidentin hakim partiya tərəfindən təşkil edildiyini bəyan edib və polisi fəaliyyətsizlikdə günahlandırıb.

mənbə: apa