“Gürcü arzusu” Avropa Komissiyasının seçkilərlə bağlı missiyası ilə əməkdaşlığa hazırdır
“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyir ki, onlar seçkilərlə bağlı beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdırlar. O, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin bəyanatına belə cavab verib.
Borrel bildirib ki, oktyabrın 26-da keçiriləcək seçkiləri araşdırmaq lazımdır, bunun üçün Avropa İttifaqı Gürcüstana texniki missiya göndərəcək.
“Əlbəttə, biz hazırıq. Hec bir problemi yoxdur. Seçkilərin
ikinci günü baş nazir çıxıb birbaşa dedi ki, əgər sualınız varsa, qutular oradadır və sayılır. 2020-ci ildə paralel hesablamalar saxtalaşdırılanda bizdə eyni münasibət yox idi, indi də belədir. Nə üçün çıxıb insanlara apardıqları paralel hesablamaları göstərmədilər? Çünki hansısa yolla gərginlik gətirməyə çalışdılar. Amma biz artıq bu “film”ə baxmışıq və radikalların necə hərəkət etdiyini bilirik”, - deyə Kaxa Kaladze bildirib.
Eyni zamanda Kaladze iddia edir ki, bir neçə insidentdən başqa “seçkilər zamanı heç bir qanun pozuntusu olmayıb”.
Müxalifət, vətəndaş sektoru və cəmiyyətin böyük bir hissəsi 26 oktyabr parlament seçkilərinin legitimliyini tanımır. Heç bir beynəlxalq tərəfdaş “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik etməyib. Əksinə, onlar müxalifətin beynəlxalq araşdırma tələbi ilə razılaşırlar.
Seçkilərdən sonra vaxtaşırı etiraz aksiyaları keçirilir. Bu gün, noyabrın 19-da səhər saatlarında Vakedə Çavçavadze prospektində 2 gün davam edən fasiləsiz aksiyanı polis zorakılıqla dağıdıb. Polislər aksiya iştirakçılarına və jurnalistlərə fiziki təzyiq göstərib.
mənbə: marneulifm