Gürcüstanın Dövlət Agentliyi yeni pasportlarda texniki qüsurun olduğunu təsdiqləyib
Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni biometrik pasportlarda aşkar olunmuş xətalara görə vətəndaşların ölkə sərhədlərindən geri qaytarılması barədə yayılan xəbərlərə rəsmi münasibət bildirib.
Xeber.ge xeber verir ki,
Bəyanatda bildirilir ki, sənədlərin monitorinqi çərçivəsində aşkar olunmuş bəzi texniki ehtiyaclarla bağlı agentlik vətəndaşlarla fərdi qaydada əlaqə saxlayıb. Həmin şəxslərə səyahət sənədlərini elə həmin gün və tamamilə ödənişsiz (pulsuz) olaraq yenisi ilə əvəz etmək təklif olunub.
Agentlik vurğulayır ki, sənədlərin yoxlanılması və zərurət yarandıqda dəyişdirilməsi beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Qeyd edək ki, son iki gündür Gürcüstan vətəndaşları sosial şəbəkələrdə dövlət qurumlarından gələn zənglər əsasında pasportların dəyişdirilməsi üçün növbələrə yazıldıqlarını və bu vəziyyətin onların səyahət planlarına mənfi təsir etdiyini bildirirlər.