Gürcüstanda yağış və qar gözlənilir

Jan 15, 2025 - 16:27
 0  53
Gürcüstanda yağış və qar gözlənilir

Yanvarın 17-dək Gürcüstanda yağış və qar yağacağı gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata  görə, yanvarın 15-də Tbilisidə zəif yağış yağacağı, duman olacağı ehtimalı var. Yanvarın 16-da və 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir, havanın temperaturu gün ərzində +8+10 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Yanvarın 15-17-də yağış yağacağı, yanvarın 15-də havanın temperaturunun gün ərzində +11+13 dərəcə isti, yanvarın 16-17-də isə havanın temperaturunun bir qədər enəcəyi +6,+8 dərəcə isti gözlənilir.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Yanvarın 15-17-də yağış yağacağı, yanvarın 15-də havanın temperaturunun gün ərzində +14+16 dərəcə isti olacağı gözlənilir. Yanvarın 16-17-də havanın temperaturu +5,+7 dərəcəyə enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): Yanvarın 15-17-də yağıntının əsasən qar şəklində olacağı gözlənilir gündüz +10 +12 dərəcə, yanvarın 16-da isə 17-də +3, +5 dərəcəyə enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Yanvarın 15-17-də qar yağacağı, duman, çovğun olacağı gözlənilir. Havanın temperaturu gündüz 1+3 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Yanvarın 15-17-də yağış yağacağı, 16-17-də bəzi yerlərdə güclü qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7+9 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Yanvarın 15-də zəif yağış yağacağı, duman olacağı, yanvarın 16-17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Yanvarın 15-17-də yağıntının əsasən qar şəklində yağacağı gözlənilir. Havanın temperaturu gündüz 3+5 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Yanvarın 15-17-də qar yağacağı, bəzi yerlərdə duman, çovğun olacağı gözlənilir. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

mənbə: Interpress