Gürcüstanda ümumi tətilə elan edildi: Yeni seçkilər və azadlıq tələbi
Gürcüstanda “Gürcüstan tətil edir!” şüarı altında işəgötürənlərin və işçilərin bir qismi tətil elan edib.
Ümumrespublika xəbərdarlıq tətili saat 15:00-da başlayıb, üç saat davam edəcək. Bu aksiyaya şirkətlər, universitetlər, ictimai iaşə obyektləri və digər biznes qrupları qoşulub.
Tətil çərçivəsində bir çox obyekt artıq bağlanıb, işçilər isə küçələrə çıxıb. Tətil iştirakçıları etirazlarını müxtəlif şüarlarla ifadə edirlər: “Yeni seçkilər tələb edirik”, “Rejim məhbuslarına azadlıq”.
Etiraz aksiyasının məqsədi Gürcüstanın təcrid şəraitində hansı vəziyyətə düşə biləcəyini cəmiyyətə göstərməkdir.
mənbə: interpress