Aksiya iştirakçılarına hücum edilib-VİDEO

Jan 15, 2025 - 19:52
 0  34

Tbilisinin Dolidze küçəsində tətil edən vətəndaşlara bəzi şəxslər hücum ediblər.

Yayılmış video görüntülərdə bir neçə şəxsin aksiya iştirakçısını fiziki olaraq təhqir etdiyi görünür.

Bundan əlavə, aksiya iştirakçılarına yaşayış binasından yumurta atıldığı barədə də məlumatlar yayılıb.

Qeyd edək ki, Gürcüstanda "Gürcüstan tətil edir!" şüarı ilə ümumi tətil baş tutub. Tətil saat 15:00-da başlayıb və üç saat davam edib. Tətilə şirkətlər, universitetlər, iaşə obyektləri və digər biznes qrupları qoşulub.

Aksiya çərçivəsində bir çox obyekt bağlanıb, işçilər isə küçələrə çıxaraq etirazlarını bildiriblər. Tətilin əsas məqsədi Gürcüstanı təcrid şəraitində gözləyən təhlükələri cəmiyyətə göstərməkdir.

mənbə: interpress