“İslam Dövləti” liderlərini Gürcüstana gətirmək istəyən 3 nəfər həbs edildi
Oct 13, 2025 - 14:36
0 72
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, terror təşkilatı "İslam Dövləti" ilə əlaqədə olan 3 vətəndaş saxlanılıb.
Xeber.ge xəbər verir ki, bu barədə bir neçə dəqiqə əvvəl Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə məlum olub.
Mamuka Mdinaradzenin qurumu bildirir ki, Gürcüstan vətəndaşları "İslam Dövləti" liderlərini Gürcüstana qanunsuz yollarla gətirməyi və onların rəhbərliyi altında müəyyən bir plasdarm (dayaq nöqtəsi) yaratmağı planlaşdırırdılar.
DTX-nın məlumatına görə, Acarıstanda keçirilən xüsusi əməliyyat nəticəsində terror simvolikasını əks etdirən əşyalar, partlayıcı maddələr, külli miqdarda döyüş sursatı, odlu silahlar və hərbi texnika götürülüb.
Saxlanılan 3 Gürcüstan vətəndaşını 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.