Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

Oct 25, 2024 - 11:40
 2  39
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.

Bu barədə Britaniyanın "The Financial Times" nəşri yazıb.

“Həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə "Gürcü Arzusu"ndan daha çox səs toplayarlarsa, "texniki hökumət" yaradacaqlar. Məlumat üçün bildirək ki, "texniki hökumət" və ya "milli razılıq hökuməti" hüquqi terminlər deyil. Bunlar siyasi sahəyə aiddir və siyasi terminlərdir.

mənbə: report