Tbilisidə “Azadlıq uğrunda” tələbə hərəkatı yürüş keçirəcək
Bu gün Tbilisidə “Azadlıq uğrunda” tələbə hərəkatı Rustaveli prospektinə toplaşacaqlar. Yürüş çərçivəsində tələbələr həmvətənlərini seçkilərdə iştiraka çağıracaqlar.
Mitinq saat 7-də parlament binasının qarşısından başlayacaq.
“Bu gün, həlledici seçkilərdən bir gün əvvəl biz Rustaveliyə toplaşırıq və yürüşdə bir daha həmvətənlərimizi ölkənin demokratik, Avropalı gələcəyini xilas etmək üçün seçkilərə gəlməyə və həlledici səs hüquqlarından istifadə etməyə çağıracağıq! " - aksiya təşkilatçılarının bəyanatında deyilir.
mənbə:interpress