Gürcüstanda qısamüddətli leysan, şimşək və dolu gözlənilir

Jun 8, 2026 - 14:37
 0  23
Gürcüstanda qısamüddətli leysan, şimşək və dolu gözlənilir

İyunun 9-dan 11-nə dək Gürcüstan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərdə isə dolu düşəcəyi gözlənilir.

Xeber.ge xəbər verir ki, bu barədə ölkənin Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bölgələr üzrə təfərrüatlı hava proqnozu aşağıdakı kimidir:

·         Tbilisi: Paytaxtda gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Günbüz hava temperaturu gündüz saatlarında +27, +29 dərəcə təşkil edəcək.

·         Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): İyunun 9-10-da isti və əsasən yağmursuz hava şəraiti gözlənilir, iyunun 11-də isə yağış yağacaq. Hava temperaturunun gündüz saatlarında +25, +27 dərəcə olacağı ehtimal edilir.

·         Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): İyunun 9-10-da isti hava fonunda yalnız bəzi yerlərdə, iyunun 11-də isə rayonların əksəriyyətində qısamüddətli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Gündüz saatlarında temperatur +28, +30 dərəcəyədək yüksələcək.

·         Qərbi Gürcüstanın dağlıq rayonları (Ambroloauri, Oni, Saqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): İsti hava fonunda bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Maksimal temperatur gündüz saatlarında +26, +28 dərəcə olacaq.

·         Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Gündüz saatlarında havanın temperaturu +21, +23 dərəcə təşkil edəcək.

·         Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gündüz saatlarında temperaturun +28, +30 dərəcə olacağı gözlənilir.

·         Kaxeti bölgəsi (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro): Bəzi ərazilərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Gündüz saatlarında havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.

·         Şərqi Gürcüstanın dağlıq rayonları (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, həmçinin dolu düşəcəyi ehtimal olunur. Gündüz saatlarında temperatur +25, +27 dərəcə olacaq.

·         Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gündüz saatlarında temperaturun +17, +19 dərəcə təşkil edəcəyi gözlənilir.