Gürcüstanda Mixail Saakaşvili və daha 7 nəfərə qarşı cinayət təqibi başlanıb

Nov 6, 2025 - 14:26
 0  93
Gürcüstanda Mixail Saakaşvili və daha 7 nəfərə qarşı cinayət təqibi başlanıb

Gürcüstanda sabiq prezident Mixail Saakaşvili ilə yanaşı, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanıb.

Bu barədə Prokurorluda keçirilən brifinqdə Baş prokuror Giorgi Qvarakidze məlumat verib.

"Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində Mixail Saakaşvili ilə yanaşı, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanıb. Onlar təxribat, xarici ölkəyə düşmənçilik fəaliyyətində yardım etmək, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı yönəlmiş fəaliyyətləri maliyyələşdirmək, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışda ittiham olunurlar", - Giorgi Qvarakidze bildirib.

mənbə: report