21 yaşlı Aytacdan 7 gündür xəbər yoxdur - Video

Apr 8, 2025 - 12:44
 0  44

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kəndindən olan Aytac Məmmədovadan aprelin 1-dən məlumat yoxdur.

Ailə üzvləri Baku TV-yə 21 yaşlı Aytacın Tiflis Dövlət Üniversitetinin ikinci kurs tələbəsi olduğunu və təhsili ilə əlaqədar paytaxtda yaşadığını bildiriblər.

Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi ilə bağlı olub. O, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını bildirib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Anasının sözlərinə görə, qızının telefonu, çanta və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımı tədbirlər həyata keçirilir.

mənbə: axar