Gürcüstanda mintinq iştirakçiları jurnalisti təqib etdilər

Oct 30, 2024 - 12:22
 0  23
Gürcüstanda mintinq iştirakçiları jurnalisti təqib etdilər

Dünən axşam saatlarında Gürcüstan müxalifəti Tbilisidə növbəti etiraz aksiyası keçirib. Nümayiş zamanı "RİA Novosti"nin müxbiri yaralanıb.

Müxalifətin mitinq iştirakçıları müxbiri təqib edərək onun qulağına yüksək tezlikli səsgücləndirici qoşublar. O, səsdən yerə yıxılıb. Sonra polis onu taksi ilə otelə göndərib. Hazırda jurnalistin təhlükəsizliyi təmin olunub.

Daha əvvəl "Sputnik Gürcüstan" xəbər vermişdi ki, gürcü tələbələr parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirirlər. Onlar Tbilisi Dövlət Universitetindən Rustaveli prospektindəki parlament binasına qədər yürüş edib və orada kiçik mitinq keçiriblər.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Rusiya ilə münasibətlərin saxlanmasının tərəfdarı olan və anti-Rusiya sanksiyalarına qarşı çıxan hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayıb. 4 müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Onlardan üçü seçkilərin nəticələrini qəbul etmədikləri və onları saxta hesab etdikləri üçün mandatdan istefa verdiklərini açıqlayıblar.

Müxalifətin sıralarında yer alan Gürcüstan prezidenti Salome Zurabişvili də oxşar mövqedən çıxış edib və etiraz aksiyalarına çağırıb.

mənbə: publika