Gürcüstanda may ayınadək sərin və yağışlı hava şəraiti davam edəcək
Gürcüstan Milli Ətraf Mühit Agentliyi aprel ayının son günləri üçün hava proqnozunu yeniləyib.
Xeber.ge xəbər verir ki,
- Tbilisi: Aprelin 28-də paytaxtda əsasən yağmursuz, lakin küləkli hava gözlənilir. Aprelin 29-30-da isə arabir zəif yağış yağacağı və duman olacağı ehtimal edilir. Temperatur gündüz saatlarında +17...+19°C təşkil edəcək.
- Kartli (Rustavi, Bolnisi, Qori): Bölgənin bəzi ərazilərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Temperatur: +17...+19°C.
- Düzənlik rayonlar (Kutaisi, Zuqdidi, Samtredia): May ayınadək zəif yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Temperatur: +19...+21°C.
- Sahil rayonları (Batumi, Kobuleti, Poti): Aprel ayının sonunadək arabir yağış yağacağı gözlənilir. Temperatur: +16...+18°C.
- Dağlıq ərazilər (Ambroloauri, Oni, Çiatura): Bəzi yerlərdə mütəmadi yağış ehtimalı var. Temperatur: +16...+18°C.
- Kaxeti (Telavi, Siqnaxi, Laqodexi): Bölgədə sərin və yağışlı hava şəraiti gözlənilir. Temperatur: +16...+18°C.
- Dağlıq rayonlar (Borjomi, Axaltsixe): Bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Temperatur: +14...+16°C.
- Yüksək dağlıq ərazilər (Mestia, Bakuriani, Qudauri, Axalkalaki): Yüksək dağlıq ərazilərdə hava daha sərin keçəcək, temperatur gündüz saatlarında +10...+16°C (şərqdə +10...+12°C) arasında dəyişəcək.
Sinoptiklərin məlumatına görə, may ayının ilk günlərindən etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir.