Gürcüstanda "Kula"nın təsisçisi həbs edildi: 500 minlik girov təklifi rədd olundu
Tbilisi Şəhər Məhkəməsi daxili işlər və müdafiə nazirliklərinin əməkdaşları üçün nəzərdə tutulmuş zəhərli qida məhsullarının tədarükündə ittiham olunan "Kula" və "Batono" şirkətlərinin rəhbəri İvane Qolidze barəsində həbs qətimkan tədbiri seçib.
Xeber.ge xeber verir ki,
İstintaqın məlumatına görə, İvane Qolidze dövlət tenderi çərçivəsində ordu və polisə ümumi dəyəri 380 792 lari olan, 24 tondan çox insan həyatı üçün təhlükəli balıq konservləri tədarük edib. Ekspertiza rəyinə əsasən, həmin məhsullar yüksək toksiklik dərəcəsinə malik olub.
Vəkilin bildirdiyinə görə, biznesmen ittihamları rədd edir. "Məhkəmənin geniş əsaslandırmasını eşitmədik. Müvəkkilim cinayəti etiraf etmir. Ona qarşı sağlamlıq üçün zərərli məhsul istehsalı ittihamı irəli sürülüb, lakin ittiham aktında onun bu prosesdə bilavasitə iştirakı sübuta yetirilməyib", - deyə vəkil qeyd edib.
Qeyd edək ki, fevralın 20-də Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən saxlanılan iş adamına qarşı Cinayət Məcəlləsinin 197-ci maddəsinin 3-cü hissəsi (saxta və təhlükəli məhsul istehsalı və satışı) ilə rəsmi ittiham irəli sürülüb. Onu 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq tədbirləri davam edir və məhsulların digər partiyalarının yoxlanılması aparılır.