Gürcüstanda hava kəskin pisləşir

Jan 12, 2026 - 14:40
 0  48
Gürcüstanda hava kəskin pisləşir
: :
playing

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, yanvarın 13-də Gürcüstanda vaxtaşırı yağıntı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Xeber.ge xəbər verir ki, sinoptiklərin proqnozuna görə, yanvarın 14-də ölkə ərazisinin əksər hissəsində qar yağacağı, bəzi yerlərdə güclü olacağı, qərbdən güclü külək əsəcəyi, dənizdə isə 4-5 ballıq fırtına (ştorum) olacağı gözlənilir.

Dağlıq rayonlarda duman, çovğun, elektrik ötürücü xətlərin buz bağlaması, yollarda buzlaşma və qar uçqunu təhlükəsi ehtimal olunur.