Gürcüstanda güclü qar səbəbindən bəzi qatar reysləri ləğv edildi

Gürcüstan Dəmir Yolları Guriya regionunda güclü qar yağması səbəbindən bir neçə qatar reysinin ləğv edildiyini açıqlayıb.
Şirkətin məlumatına görə, 22 və 23 fevral tarixlərində aşağıdakı qatar reysləri icra olunmayacaq:
22 fevral
• Ozurgeti–Tbilisi
• Batum–Ozurgeti
• Rioni–Kutaisi–Rioni
23 fevral
• Tbilisi–Ozurgeti
• Batum–Ozurgeti–Batum
• Rioni–Kutaisi–Rioni
Gürcüstan Dəmir Yolları həmçinin bildirib ki, təxirə salınan reyslərə bilet almış sərnişinlərə biletlərinin tam məbləği geri qaytarılacaq.
Şirkət sərnişinlərə hərəkət qrafiki ilə bağlı yenilikləri diqqətlə izləməyi tövsiyə edib.
mənbə: interpress