Gürcüstana böyük miqdarda marixuana gətirən Malayziya vətəndaşı saxlanılıb

Apr 16, 2025 - 14:58
 0  52

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusilə böyük miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və ölkəyə qanunsuz gətirilməsi ittihamı ilə Malayziya Federasiyasının vətəndaşı, 1977-ci il təvəllüdlü M.T. saxlanılıb.

"Polis əməkdaşları Tbilisi Beynəlxalq Aeroportunda təqsirləndirilən şəxsin baqajını yoxlayarkən, onun çantasında xüsusilə böyük miqdarda – 20 kiloqram narkotik vasitə ‘marixuana’ aşkar edilərək maddi sübut kimi götürülüb. İstintaqla müəyyən olunub ki, M.T. sözügedən narkotiki Banqkokdan Tbilisiyə təyyarə ilə gətirib", – deyə DİN-in açıqlamasında qeyd olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 262-ci və 273 prim maddələri ilə aparılır. Cinayət 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

mənbə: marneulifm