Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi

Dec 17, 2025 - 21:17
 0  16
Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi

Gürcüstan vətəndaşları seçkidə yalnız ölkə ərazisində səs verə biləcəklər.

Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb.

Qeyd olunub ki, Gürcüstan parlamenti "Seçki Məcəlləsi"ndə müvafiq dəyişiklikləri təsdiqləyib.

Təşəbbüsün qəbul edilməsi nəticəsində 2028-ci il parlament seçkisində xaricdə seçki məntəqələri açılmayacaq.

Dəyişikliklərin müəlliflərindən biri, parlamentin Hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze ("Gürcü arzusu" partiyası) bildirib ki, xaricdə müvəqqəti yaşayan Gürcüstan vətəndaşları müəyyən edilmiş gündə vətənə qayıdaraq səs verə biləcəklər.

mənbə: oxu