Gürcüstan son günlərdə 57 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib

Feb 3, 2026 - 10:24
 0  9
Gürcüstan son günlərdə 57 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyi  ölkə ərazisində qanunsuz qalan xarici ölkə vətəndaşlarının çıxarılması ilə bağlı növbəti statistik məlumatları açıqlayıb.

Xeber.ge xəbər verir ki, son bir neçə gün ərzində ümumilikdə 57 xarici vətəndaş Gürcüstan ərazisindən qovulub. Ölkədən çıxarılanlar arasında Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları var.

Qeyd olunub ki, Gürcüstanın miqrasiya qanunvericiliyini pozduqlarına görə təkcə cari ilin yanvar ayı ərzində ümumilikdə 232 xarici ölkə vətəndaşı ölkədən deportasiya edilib.