Azyaşlıya qarşı zorakılığa görə 73 yaşlı şəxs həbs edilib

Nov 4, 2025 - 10:48
 0  22
Azyaşlıya qarşı zorakılığa görə 73 yaşlı şəxs həbs edilib

Polis əməkdaşları azyaşlıya təcavüz etməkdə ittiham olunan, 1952-ci il təvəllüdlü M.N.-i saxlayıblar.

Xeber.ge xəbər verir ki, DİN məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zorakılıq tətbiq etməklə həmkəndlisi olan azyaşlıya təcavüz edib.

Cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.