Gürcüstan hakimiyyəti Rusiya ilə müharibənin başlamasında Saakaşvilini günahlandırıb
“Avropa Şurasının qətnaməsində təqribən belə yazılıb ki, münaqişə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Saakaşvili rejiminin Tsxinvalı bombalamasından sonra başlayıb”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, münaqişənin müharibəyə çevrilməsi Saakaşvili rejiminin müharibəyə başlaması deməkdir.
"Təəssüf ki, qətnamədə Saakaşvili rejimi yazılmayıb, Gürcüstan tərəfi yazılıb”, - Kobaxidze əlavə edib.
mənbə: apa