Güclü külək və yağış Gürcüstanda fəsadlar törədib
Oni bələdiyyəsində baş verən güclü külək və yağış nəticəsində bir neçə kənddə infrastruktur ziyan görüb.
Təbii hadisə nəticəsində yaşayış evlərinin dam örtükləri dağılıb, çaylar daşaraq avtomobil yollarını su altında qoyub.
Bələdiyyə meri tərəfindən verilən məlumata əsasən:
Xe kəndində Latkişora çayı daşsa da, əhaliyə zərər dəyməyib.
Çiora kəndində isə Loqoruli çayı öz yatağından çıxaraq mərkəzi yola yayıldığı üçün nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Tsola və Onçxevi kəndlərində isə güclü külək yaşayış evlərinə ciddi ziyan vurub.
Bundan əlavə, Saglolo kəndində elektrik ötürücü dayaqların zədələnməsi səbəbilə Xe, Çiora, Glola və Sakao inzibati vahidlərinin kəndlərinə elektrik enerjisi verilmir.
Oni Bələdiyyəsinin meri Serqi Xideşeli bildirib ki, zərər dəyərləndirildikdən sonra vəziyyətlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
mənbə: interpress