Polis narkotik cinayəti ilə bağlı üç nəfər saxladı
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik vasitənin qanunsuz əldə olunması və saxlanılması ittihamı ilə üç nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun bildirdiyinə əsasən, bu cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən olunub ki, 1982-ci il təvəllüdlü, Mühafizə Polis Departamentinin İnkasasiya İdarəsinin Tbilisi üzrə İnkasasiya və Mühafizə-Xidmət İdarəsinin inspektoru D.K. 1981-ci il təvəllüdlü B.J.-dən qanunsuz olaraq narkotik vasitə əldə edib. Öz növbəsində, qeyd olunan narkotik vasitəni B.J.-yə maddi mənfəət əldə etmək məqsədi olmadan 1966-cı il təvəllüdlü D.K. ötürüb.
Polis əməkdaşı D.K.-nın şəxsi axtarışı zamanı qanunsuz saxlanılan narkotik vasitə – “buprenorfin” aşkar edilərək götürülüb. Həmçinin saxlanılan şəxslərin yaşayış evlərində aparılan axtarış zamanı narkotik vasitə “marixuana” və bir ədəd “Nagan” tipli tapança üçün nəzərdə tutulan döyüş patronu aşkar edilərək götürülüb, hansı ki, bu vasitələri saxlanılan şəxslər qanunsuz olaraq saxlayırdılar.
Narkotik vasitənin qanunsuz əldə olunması və saxlanılması, maddi mənfəət əldə etmək məqsədi olmadan narkotik vasitənin qanunsuz verilməsi və döyüş sursatının qanunsuz əldə olunması və saxlanılması faktları ilə bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı prim və 236-cı maddələri ilə aparılır”, – deyə məlumatda qeyd olunur.
mənbə: interpress