Gürcüstanda saxta kürü sexi aşkarlandı
Gürcüstanın Milli Qida Agentliyinin (MQA) Şida Kartli regional departamentinin müfəttişləri həyata keçirdikləri növbədənkənar yoxlama nəticəsində Qori rayonunda qanunsuz balıq məhsulları istehsalını ifşa ediblər.
Xeber.ge xəbər verir ki,
Araşdırma zamanı məlum olub ki, Qori rayonunun Karaleti kəndində yaşayan Z.T. adlı fiziki şəxs dövlət reyestrində qeydiyyatdan keçmədən və müvafiq icazələri olmadan kürü qablaşdırılması və satışı ilə məşğul olub.
Müfəttişlərin obyektdə keçirdiyi baxış zamanı aşağıdakı ciddi nöqsanlar müəyyən edilib:
Qida təhlükəsizliyi standartlarının kobud şəkildə pozulması.
İstehlakçılara qida məhsulu haqqında məlumatın verilməsi qaydalarının (etiketlənmə) pozulması.
Mövcud qanunvericiliyə uyğun olaraq, sahibkar cərimələnib və aşkarlanan bütün nöqsanlar aradan qaldırılana qədər müəssisənin istehsal prosesi tamamilə dayandırılıb.
Milli Qida Agentliyi bir daha biznes operatorlarına müraciət edərək, fəaliyyətə başlamazdan əvvəl bütün məcburi qeydiyyat prosedurlarından keçməyi və qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə ciddi əməl etməyi tövsiyə edib.