Gömrükdə qızıl-zinət əşyalarının qanunsuz gətirilməsi faktlarının qarşısı alınıb

Sep 23, 2026 - 11:59
 0  16
Gömrükdə qızıl-zinət əşyalarının qanunsuz gətirilməsi faktlarının qarşısı alınıb
: :
playing

"Qırmızı Körpü" gömrük-keçid məntqində məcburi deklarasiyaya tabe olan qızıl-zinət əşyalarının gətirilməsi ilə bağlı 6 faktın qarşısı alınıb.

XEBER.GE xeber  verir ki, məlumatı Gəlirlər Xidməti yayır.

Gömrükçü zabitlər tərəfindən Gürcüstan və xarici ölkə vətəndaşlarının fiziki şəxsləri, eləcə də onlara məxsus baqajın və idarə etdikləri avtonəqliyyat vasitələrinin ətraflı yoxlanılması nəticəsində ümumilikdə 325 qram qızıl-zinət əşyaları aşkar edilib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 66 min 720 lari təşkil edib.

Qanun pozmuş vətəndaşlardan birinə dair iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, 5 qanun pozucusuna isə Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq sanksiya qismində ümumilikdə 44 min 964 lari məbləğində cərimə tətbiq olunub.