"Facebook"da feyk hesabla uşaqları tələyə salan manyak tutuldu

Jun 10, 2026 - 21:27
 0  20
"Facebook"da feyk hesabla uşaqları tələyə salan manyak tutuldu

Tbilisidə 14 yaşınadək uşaqlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.

 Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində qorxunc faktlar üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxs "Facebook" sosial şəbəkəsində saxta (feyk) profillər yaradaraq yetkinlik yaşına çatmayanların, o cümlədən 14 yaşına çatmamış uşaqların etibarını qazanıb. Daha sonra o, uşaqlarla seksual xarakterli yazışmalar aparıb və onlara müvafiq videolar göndərib.

Bununla da kifayətlənməyən şəxs, zərərçəkmişlərin yaşından istifadə edərək və onları rüsvayedici məlumatlar yaymaqla hədələyərək, intim və seksual xarakterli foto-videolar çəkib ona göndərməyə məcbur edib.

15 ilədək həbs cəzası gözlənilir

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürüləcək:

157-ci (prima) maddənin 1-ci hissəsi (Şəxsi həyatın sirrini qanunsuz əldə etmə və saxlama);

141-ci maddənin 2-ci hissəsinin "v" bəndi (Aşkar surətdə 14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə);

139-cu maddənin 4-cü hissəsinin "b" bəndi (Yetkinlik yaşına çatmayanı seksual xarakterli hərəkətlərə məsub etmə).

Bu maddələr üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarını