DTX "Gürcüstan Dəmir Yolları"nın sabiq rəhbərini və daha 5 nəfəri həbs etdi

Jun 16, 2026 - 14:28
 0  18
DTX "Gürcüstan Dəmir Yolları"nın sabiq rəhbərini və daha 5 nəfəri həbs etdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Gürcüstan Dəmir Yolları" SC-nin   sabiq rəhbəri Davit Peradzeni və daha 5 nəfəri saxlayıb. Bundan başqa, cinayət işi çərçivəsində daha 2 nəfərə qarşı qiyabi olaraq ittiham irəli sürülüb və onlar barəsində axtarış elan olunub.

XEBER.GE xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən xüsusi brifinqdə qurumun Antikorrupsiya Agentliyinin direktoru Emzar Qanidze məlumat verib.

Rəsmi açıqlamaya görə, əməliyyat DTX-nin Antikorrupsiya Agentliyi tərəfindən həyata keçirilib. Hazırda saxlanılan şəxslərin hansı konkret korrupsiya faktları və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı ittiham olunduğuna dair istintaqın digər təfərrüatları araşdırılır.