DİN azyaşlıya qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlayıb
Azyaşlının döyülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Söhbət bu gün sosial şəbəkədə yayılan və qadının azyaşlı uşağı döydüyü iddia edilən videodan gedir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima bəndi (zorakılıq), yəni qabaqcadan bilə-bilə yetkinlik yaşına çatmayan şəxsi döymə və ya digər zorakılıq tətbiq etmə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, sosial şəbəkədə qadının azyaşlıya fiziki zorakılıq etməsini əks etdirən video yayılıb. Sosial şəbəkədəki videonun müəllifi yazır ki, “bu kadrlardan kiçik bir hissədir, döyülmə 2 dəqiqə 30 saniyə davam edib”.
mənbə: interpress