Batumidə qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb

Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən isti izlər və əməliyyat-istintaq tədbirləri nəticəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə ittihamı ilə 1984-cü il təvəllüdlü R.D. saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"İstintaq müəyyən edib ki, Batumidə qarşılıqlı mübahisə zəminində başlayan qarşıdurma zamanı təqsirləndirilən şəxs tanışı, 1977-ci il təvəllüdlü G.B.-yə odlu silahdan atəş açıb. Yaralı xəstəxanaya çatdırılıb və bir müddət sonra orada dünyasını dəyişib. Polis əməkdaşları R.D.-ni təqsirləndirilən şəxs qismində yaxalayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə silahdan istifadə edib. Faktla bağlı Cinayət Məcəlləsinin 19-108 və 236-cı maddələri ilə araşdırma aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
mənbə: interpress