Bu gündən məktəb formalarının satışı başlayır

Sep 1, 2026 - 09:57
 0  4
Bu gündən məktəb formalarının satışı başlayır

Məktəb formalarının satışı bu gündən başlayır. Birincilərin valideynləri məktəb formasını həm satış məntəqələrində, həm də onlayn olaraq elektron platforma — formebi.emis.ge vasitəsilə əldə edə biləcəklər.

XEBER.GE xeber  verir ki, bütün ölkə üzrə formaların satışı üçün 83 məntəqə yerləşdirilib.

Məlumat üçün bildirək ki, 2026-2027-ci tədris ilindən etibarən Gürcüstanın bütün dövlət məktəblərində 1-ci sinifdən 6-cı sinif də daxil olmaqla şagirdlər üçün məktəb formaları məcburi olur.

Məktəb forması dövlət məktəblərinin ibtidai pilləsinin aşağıdakı şagirdlərinə ödənişsiz (pulsuz) veriləcək:

·         Sosial baxımdan müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və ailələrinin reytinq balı 65 001-dən az olan şagirdlər;

·         Çoxuşaqlı ailələrin (dörd və daha çox uşaq) üzvü olan, sosial baxımdan müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və ailələrinin reytinq balı 65 000-dən çox, 120 001-dən az olan şagirdlər;

·         Qəyyumluqla tərbiyə olunma dövlət proqramına cəlb olunanlar;

·         Kiçik ailə tipli evlərdə yerləşdirilənlər;

·         Evsiz uşaqlar üçün sığınacaq xidmətlərinə cəlb olunanlar;

·         Tbilisi Uşaq Evində yerləşdirilənlər;

·         2022-ci il fevralın 24-də Ukraynada başlayan hərbi əməliyyatlar nəticəsində Ukrayna məktəblərində ümumi təhsilini davam etdirə bilməyən və Gürcüstanın dövlət məktəblərinə qəbul olunanlar.