Batumidə xüsusi əməliyyat: Moldovalı narkotacir saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə 1977-ci il təvəllüdlü Moldova vətəndaşı İ.K.-nı saxlayıblar.
hüquq-mühafizə orqanları Batumi şəhərində saxlanılan şəxsin üzərinə və müvəqqəti yaşadığı mənzilə baxış keçiriblər. Əməliyyat nəticəsində satış üçün hazır qablaşdırılmış 61 büküm "metadon" narkotik vasitəsi maddi sübut kimi götürülüb.
Məlumata əsasən, mənzildən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan müxtəlif materiallar da aşkar edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinin müvafiq hissələri ilə istintaq aparılır. Saxlanılan əcnəbi vətəndaşı 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.