Ölkədə hava şəraiti pisləşəcək

May 10, 2025 - 16:09
 0  28
Ölkədə hava şəraiti pisləşəcək

Mayın 10-u günün sonundan mayın 14-dək Gürcüstanda arası kəsilməklə yağış, bəzi yerlərdə güclü yağış, şimşək, dolu və küləyin güclənməsi gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, gözlənilən yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta dərəcədə qiymətləndirilir).

mənbə: interpress