Gürcüstanda hava şəraiti pisləşəcək

Jun 12, 2025 - 15:30
 0  52
Gürcüstanda hava şəraiti pisləşəcək

İyunun 14-15-də ölkənin əksər bölgələrində hava şəraiti pisləşəcək.

Bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyinin verdiyi məlumatda qeyd olunur. 

Proqnoza əsasən, Gürcüstanın əksər rayonlarında yağış, bəzi ərazilərdə isə güclü leysan və şimşəkli yağış gözlənilir. Şərqi Gürcüstanın ayrı-ayrı bölgələrində dolu düşəcəyi proqnozlaşdırılır. Qərb istiqamətli güclü külək əsəcək və havanın temperaturu əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Milli Agentlikdən xəbərdarlıq edilib ki, gözlənilən yağıntılar səbəbindən Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda daşqınlar və sel təhlükəsi mövcuddur. Dağlıq və təpəlik ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin yaranma və ya aktivləşmə ehtimalı var (təhlükə səviyyəsi orta qiymətləndirilir).

mənbə: interpress