Gürcüstan Prezidenti ABŞ ilə münasibətlərin Tramp dövründə yenidən qurulacağına əmin olduğunu bəyan edib

Feb 4, 2025 - 13:28
 0  27
Gürcüstan Prezidenti ABŞ ilə münasibətlərin Tramp dövründə yenidən qurulacağına əmin olduğunu bəyan edib

Donald Trampın qələbəsindən sonra dünyada psevdoliberal nizam dəyişməyə başlayıb, mən bunu Donald Tramp effekti adlandırardım.

Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Gürcüstan parlamentində çıxışı zamanı deyib.

O, ABŞ-Gürcüstan münasibətlərinin Donald Tramp dövründə yenidən qurulacağına əmin olduğunu vurğulayıb.

“ABŞ-də cərəyan edən proseslər və onların bütün dünyada əks-sədaları gürcü xalqını bir daha gürcü dövlətinin apardığı düzgün siyasətə və dəyərlərə inandırdı. Sülh siyasəti, milli maraqların üstünlüyü, mühafizəkar və ənənəvi dəyərlərin qorunması, ailənin möhkəmliyi, xristianlığın rolunun gücləndirilməsi, bunlar dövlətimizin son on ildə dayandığı dəyərlərdir. Aydındır ki, Amerika Birləşmiş Ştatlarının siyasəti növbəti dörd il ərzində bu dəyərlərə əsaslanacaq. Ona görə də dəyərlərin və dünyagörüşlərinin belə uyğunluğu mənə dərindən inanmağa əsas verir ki, yeni administrasiya dövründə biz ABŞ ilə münasibətləri yenidən qura və normallaşdıra biləcəyik” - deyə Kavelaşvili bildirib.

mənbə: apa