Avropadan Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır

Feb 4, 2025 - 15:16
 0  18
Avropadan Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır

Brüssel və Avropanın digər paytaxtlarından Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ xarici yardımla bağlı şəffaflıq nümunəsi yaratdı, digər donorların fəaliyyətsizliyi qəbuledilməzdir.

“ABŞ-nin yeni administrasiyası xarici yardım adı altında daxili siyasətə zərərli müdaxilələrin maliyyələşdirildiyini qəbul etdi. Bu fonda bəzi donorların öz QHT-lərini şəffaflıq barədə qanuna qarşı qaldırması artıq təəccüblü deyil", - o qeyd edib.

mənbə: report