Qanunsuz parlament yeni prezident seçə bilməz
"Qanunsuz parlament yeni prezident seçə bilməyəcək... Mən sizinləyəm və olacağam".
Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili danışıb.
"Sabah yenidən görüşəcəyik. Sabah dəvət etdiyim və bu siyasi prosesə rəhbərlik edəcəyim adamlar yanımda olacaq. Çünki sizin prezident olaraq qalıram. Çünki legitim parlament yoxdur, ona görə də qeyri-legitim parlament yeni parlament seçə bilməz. Buna görə də, heç bir andiçmə mərasimi ola bilməz və mənim mandatım qanuni olaraq seçilmiş bir parlament olana qədər davam edəcək. Məni kimin əvəz edəcəyini qanuni olaraq seçəcək, amma mən hələlik sizinləyəm və olacağam”, - deyə prezident bildirib.
mənbə: interpress