Gürcüstan Qazaxıstandan Orta Dəhlizə yük axınları cəlb edir

Oct 16, 2025 - 10:52
 0  11
Gürcüstan Qazaxıstandan Orta Dəhlizə yük axınları cəlb edir

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Yükdaşımaları İdarəsinin rəisi David Samxaraşvili ilə Astanada Qazaxıstanın iri yük sahibləri ilə görüşüblər.

Bu barədə SC-dən bildirilib.

Nümayəndə heyəti yük sahiblərini Gürcüstanın dəmir yolu və liman infrastrukturu ilə tanış edib. Tərəflər Orta Dəhlizin inkişafı və bu marşruta yük axınlarının cəlb olunmasını müzakirə ediblər.

“Astanaya səfərin məqsədi yük sahiblərinin ehtiyaclarını dinləmək olub. Onlar üçün Orta Dəhliz çərçivəsində vahid çevik tariflər vacibdir. Görüşdə bu cür məsələlərin müzakirəsini apardıq. Belə görüşlər gələcəkdə bir sıra ölkələrdə keçiriləcək”, - L.Abaşidze söyləyib.

mənbə: apa