Mixeil Saakaşvili: Nika Meliya kameradan məni sövir
Mixeil Saakaşvili Nika Meliyanı təhqir etməkdə ittiham edir
XEBER.GE xeber verir ki, həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili "Milli Hərəkat" partiyasının keçmiş sədri Nika Meliyanı onu şifahi şəkildə təhqir etməkdə ittiham edir.
Rustavi penitensiar müəssisəsindən yayılmış məktubda Saakaşvili qeyd edir ki, keçmiş silahdaşı dəhlizdən hər keçəndə kameradan söyüş söyür.
"Nikanor Meliya, bəli, həmin Meliya ki, bir vaxtlar mənim günəşime and içirdi, indi isə dəhlizdə mənim hər keçərimdə tam səslə kamerasından mənim ünvanıma nalayiq ana söyüşləri yağdırır (təpütəer Qldanidə cinayətkarların mənə söydükləri kimi). Söyüşdən başqa başqa səslər çıxarmadığı üçün dəqiq nə istədiyini deyə bilmərəm", - deyə Mixeil Saakaşvili yazır.