"Azadlıq Meydanı" metrosunda vətəndaşlar üzərində axtarış aparılır
Metronun “Azadlıq Meydanı” stansiyasında vətəndaşlar yoxlanılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların çantaları və şəxsiyyət vəsiqələrini yoxlayırlar.
Toplanan vətəndaşlar axtarışa etiraz edir və axtarış protokolunun təqdim olunmasını tələb edirlər.
 Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkəti vətəndaşların etirazı ilə müşayiət olunub, onlar polisi ərazini tərk etməyə çağırırlar.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            