Avtomobili yandıran və ailəni hədələyən şəxslər tutulub
Gürcüstan Daxili İşlər Nazirliyi başqasının əmlakını yandırma yolu ilə məhv etmə və hədə-qorxu gəlmə faktı üzrə iki nəfərin saxlanılması barədə məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən M.N. aralarında yaranmış münaqişə zəminində 1978-ci il təvəllüdlü Q.Q.-ni və onun ailə üzvlərini ölümlə hədələyib. Bu münaqişədən xəbər tutan M.M. isə zərərçəkmişə məxsus avtomobili qəsdən yandırıb.
Polis hər iki şəxsi şübhəli şəxs qismində yaxalayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu gəlmə) və 187-ci (əmlaka qəsdən zərər vurma) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.