“Avropa Parlamentinin qətnaməsi utancvericidir”

Jul 10, 2025 - 14:21
 0  15
“Avropa Parlamentinin qətnaməsi utancvericidir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnaməyə cavab olaraq açıqlama verib və sənədi “utancverici” adlandırıb.

Baş nazir bildirib ki, məsuliyyət yalnız Avropa Parlamentinə deyil, bütövlükdə Avropa İttifaqının bürokratiyasına aiddir:

“Bu, Avropa Parlamentinin artıq yeddinci, tamamilə utancverici qətnaməsidir. Məncə, buna yalnız Avropa Parlamenti yox, bütövlükdə Avropa İttifaqının bürokratiyası məsuliyyət daşımalıdır. Çox utancvericidir gürcü xalqının şantaj olunması, sadəcə ona görə ki, xalq kollektivi 'Milli Hərəkatı' hakimiyyətə qaytarmadı. Gürcü xalqını bunun üçün şantaj etmək sadəcə ayıbdır. Bu adamlar məsuliyyət hiss etməlidirlər – o cümlədən 2004–2012-ci illərdə əvvəlki hakimiyyətə yaşıl işıq yandırdıqlarına görə.

O dövrdə insanların işgəncə edilməsi, reket, televiziya kanallarının zəbt edilməsi, ərazilərin verilməsi – bütün bunlara yaşıl işıq yandırılmışdı. Məhz eyni bürokratlar və postsovet siyasətçilər bu cinayətlərin qarşısında susur, indi isə utancverici dildə danışır və utancverici qətnamələr qəbul edirlər”, – deyə İrakli Kobaxidze vurğulayıb.

mənbə: interpress