Şida Kartliyə gediş haqqı bahalaşdı: Qori marşrutunda yeni qiymətlər

May 10, 2026 - 18:56
 0  14
Şida Kartliyə gediş haqqı bahalaşdı: Qori marşrutunda yeni qiymətlər

Gürcüstanın Şida Kartli bölgəsi istiqamətində sərnişindaşıma xidmətlərinin qiymətində artım qeydə alınıb.

Xeber.ge xeber  verir ki, paytaxt Tbilisidən Qori şəhəri istiqamətinə hərəkət edən həm marşrut taksilərində, həm də minivenlərdə gediş haqqı yüksəlib.

Əvvəllər sərnişinlər Qoriyə 5 lariyə gedirdilərsə, hazırda bu məbləğ 7 lariyə qaldırılıb.

Komfortlu daşınma üstünlüyü olan minivenlərdə də qiymət artımı müşahidə olunur.

Bu nəqliyyat vasitələri ilə gediş haqqı artıq 10 lari təşkil edir.

Sərnişinlər gediş haqqının bahalaşmasının onların gündəlik xərclərinə mənfi təsir göstərdiyini bildirirlər. Xüsusilə iş və ya təhsil səbəbindən Tbilisi ilə Qori arasında müntəzəm hərəkət edən vətəndaşlar üçün bu artım ciddi maliyyə yükü yaradır.

Nəqliyyat sektorunun nümayəndələri hələlik qiymət artımının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyiblər, lakin bunun yanacaq xərcləri və texniki xidmət xərclərinin artması ilə əlaqədar olduğu ehtimal edilir.