Patriarx seçkiləri ilə əlaqədar bəzi küçələr bağlanacaq

May 10, 2026 - 16:40
 0  8
Patriarx seçkiləri ilə əlaqədar bəzi küçələr bağlanacaq

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Patriarxının seçilməsi prosesi ilə əlaqədar nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Xeber.ge xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi   məlumat yayıb.

Məhdudiyyətlər 11 may tarixində, saat 09:00-dan 18:00-dək Müqəddəs Üçlük (Sameba) kafedral məbədinin ətrafındakı əraziləri əhatə edəcək.

Buxaidze küçəsindən Samreklo küçəsi istiqamətinə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Buxaidze küçəsində hərəkət qismən məhdudlaşdırılacaq və bu hissədən yalnız piyadalar istifadə edə biləcək.

Axvlediani meydanı və enişi, Niabi küçəsindən Qumbri küçəsi istiqaməti, həmçinin "Avlabari" metrosunun ətrafı (Qonaşvili küçəsindən Mesxişvili küçəsi istiqamətinə) nəqliyyatın üzünə bağlanacaq.

Vətəndaşlar üçün Axvlediani meydanı və Xetaqurov küçəsində xüsusi parkinq zonaları yaradılacaq. Sameba məbədinə getmək istəyən şəxslər üçün xüsusi ayrılmış mikroavtobuslar fəaliyyət göstərəcək və ya piyada hərəkətə şərait yaradılacaq.

Daxili İşlər Nazirliyi sürücülərdən qeyd olunan saatlarda alternativ yollardan istifadə etməyi xahiş edir.