"Avropa indi hərəkət etməlidir" – Zurabişvili Litva Seyminə müraciət edib

Mar 25, 2025 - 19:15
 0  52
"Avropa indi hərəkət etməlidir" – Zurabişvili Litva Seyminə müraciət edib

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Litva Seymində çıxış edərək deputatları hərəkətə keçməyə çağırıb. O bildirib ki, əgər Avropa indi hərəkət etməz və Gürcüstanın Rusiyanın əlinə qayıtmasına imkan verərsə, bu, bütün Avropa üçün strateji fəlakət olacaq.

Çıxışı zamanı o, "Gürcü Arzusu" hökumətinin həyata keçirdiyi repressiyalardan danışıb və bildirib ki, bütün bunlar Moskvanın idarə etdiyi daha böyük bir 

planın tərkib hissəsidir. Bu planın əsas məqsədi isə Qara dəniz üzərində nəzarəti bərpa etməkdir.

"Bu gün Gürcüstanda biz repressiya altında olan bir millətik"

"Bu gün Gürcüstanda biz repressiya altında olan bir millətik: günahsız insanlara, jurnalistlərə, aktyorlara, tələbələrə, vətəndaş cəmiyyəti fəallarına və siyasi liderlərə haqsız şəkildə cinayət ittihamları irəli sürülür və saxta ittihamlarla məhkəməyə çıxarılırlar. Rusiya taktikalarını təkrarlayan hakimiyyət hüquq-mühafizə və polis sistemindən vətəndaşlara qarşı silah kimi istifadə edir. Jurnalist Mzia Amağlobelinin işi buna nümunədir – o, sadəcə işini gördüyü, etiraz aksiyalarını işıqlandırdığı üçün həbs edilib. Sülhsevər nümayişlərdə iştirak edən tələbələr və aktyorlar isə 'kütləvi zorakılıq' kimi saxta ittihamlarla məhkəməyə verilib. Bu insanlar cinayətkar deyillər, onlar sadəcə azadlıq tərəfdarlarıdır – lakin bu gün Gürcüstanda demokratiyaya inanmaq insanın həbs olunması üçün kifayətdir.

1937-ci il heç vaxt bu qədər yaxın səslənməyib. Repressiyalar təkcə siyasi deyil, həm də maliyyə xarakterlidir [...] Bu, sadəcə demokratiyanın aşınması deyil – onun sistemli şəkildə məhv edilməsidir, bu isə dövlətin faktiki dağılmasını nəzərdə tutur. Müstəqil institutlar artıq mövcud deyil. Parlament praktik olaraq fəaliyyətini dayandırıb – dörd aydır ki, heç bir əsl debat aparılmayıb. Müstəqil nazirliklər yoxdur. Hakimiyyət bir partiya tərəfindən idarə olunur, lakin əslində bu, bir nəfərin avtoritar idarəçiliyidir.
"Gürcüstanın müstəqilliyi bu gün mühasirədədir"

"Gürcüstanın müstəqilliyi bu gün mühasirədədir. Lakin bu, təkcə Gürcüstanın məsələsi deyil – bu, Avropa üçün bir sınaqdır. Gürcüstanda baş verən hadisələr Moskvanın həyata keçirdiyi daha geniş miqyaslı bir planın hissəsidir. Bu planın məqsədi Qara dəniz üzərində nəzarəti bərpa etməkdir [...] Avropa indi hərəkət etməlidir. Əgər biz Gürcüstanın yenidən Rusiyanın nəzarətinə keçməsinə imkan versək, bu, təkcə mənim ölkəm üçün faciə deyil, həm də bütün Avropa üçün strateji fəlakət olacaq." – deyə Zurabişvili bildirib.

mənbə: marneulifm