Moskvanın abxazlara qarşı qeyri-dost addımlarına görə Şambanın istefası tələb olunur

Mar 25, 2025 - 19:28
 0  46
Moskvanın abxazlara qarşı qeyri-dost addımlarına görə Şambanın istefası tələb olunur

Abxaziyada "Ахьаца" adlı ictimai birləşmə bəyanat yayaraq, qondarma xarici işlər naziri Sergey Şambanın istefasını tələb edib.

Bəyanatda qeyd olunur ki, son vaxtlar Rusiya Federasiyası hakimiyyəti Abxaziya vətəndaşlarına qarşı fərdi sanksiyalar tətbiq edib və jurnalistləri "agent" elan edib.

"İctimai xadimlər Levon Mikaa və Kan Kvarçiya ikinci – Rusiya vətəndaşlığından məhrum edilib, Türkiyədən qayıdan Abxaziya vətəndaşları, o cümlədən gənc musiqiçi Baras Kujba deportasiya olunub. Abxaz jurnalistləri – İnal Xaşiq, İzida Çania və Nizpa Arşba xarici agentlər kimi tanınıb, halbuki Nizpa Arşba ümumiyyətlə Rusiya vətəndaşı deyil. Biz əminik ki, bu sanksiyalar adları çəkilən şəxslərin ictimai və ya peşə fəaliyyətinə aidiyyəti yoxdur. Onlar əsassız və ədalətsiz xarakter daşıyır və Rusiya-Abxaziya münasibətlərinə zərər vurur."

Bəyanat müəllifləri bildirirlər ki, "Abxaziya hakimiyyətinin susqunluğu anlaşılmazdır, çünki onların birbaşa vəzifəsi vətəndaşlarının hüquq və maraqlarını qorumaq, eləcə də Rusiya-Abxaziya arasında yaranmış anlaşılmazlıqları həll etməkdir ki, dost ölkələr arasında gərginlik artmasın."

"Yuxarıda qeyd olunanlara əsaslanaraq, Abxaziyanın seçilmiş prezidenti Beslan Qunbaya müraciət edirik ki, Abxaziya Respublikasının xarici işlər naziri Sergey Şambanı vəzifəsindən azad etsin, çünki o, öz xidməti öhdəliklərini yerinə yetirməyib."

mənbə: marneulifm