Atasını qətlə yetirən oğul sərhəddə saxlanıldı

Jul 18, 2026 - 16:02
Jul 18, 2026 - 16:03
 0  16
Atasını qətlə yetirən oğul sərhəddə saxlanıldı
: :
playing

Marneulidə atasına qarşı qəsdən adam öldürmə ittihamı ilə 30 yaşlı kişi polis tərəfindən Sarpi sərhəd-keçid məntəqəsində saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli ölkədən qaçmağa cəhd edirdi.

İstintaqın müəyyən etdiyinə görə, ittiham olunan şəxs məişət zəminində yaranan mübahisə zamanı soyuq silahdan istifadə edərək atasına ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi (qəsdən adam öldürmə) ilə aparılır və bu, 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.