Avropanın bizə münasibəti siyasi terrorizmdir

Jul 18, 2026 - 09:57
 0  4
Avropanın bizə münasibəti siyasi terrorizmdir

Avropa bürokratiyasının Gürcüstan dövlətinə münasibəti siyasi terrorizmin bariz nümunəsidir.

Bu sözləri "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze deyib.

"İctimaiyyətə siyasi terrorizmin nə olduğunu izah etmək üçün Avropa bürokratiyasının Gürcüstan dövlətinə münasibəti bariz nümunədir. Bu, başqa bir dövlətə necə yanaşmamağın bariz nümunəsidir. Biz müstəqil, suveren dövlətik", - Kaladze bildirib.

Onun sözlərinə görə, Avropa bürokratiyasına inam onların qərarları, bəyanatları və Gürcüstan dövlətinə qarşı ədalətsiz münasibəti səbəbindən daim azalır.

mənbə: axar