"Yandex Eats" Gürcüstan bazarını tərk edir

Feb 18, 2026 - 10:22
 0  6
"Yandex Eats" Gürcüstan bazarını tərk edir

Rusiyanın nəhəng texnologiya şirkəti "Yandex"in qida çatdırılması xidməti olan "Yandex Eats" Gürcüstandakı fəaliyyətini dayandırır.

Xeber.ge xəbər verir ki, bu barədə şirkətin Gürcüstan üzrə əməliyyat rəhbəri Giorgi Çolariya "LinkedIn" hesabında paylaşım edib. O bildirib ki, yerli əməliyyatların dayandırılması barədə qlobal qərar qəbul edilib.

"Gürcüstanda "Yandex Eats"in əməliyyat rəhbəri vəzifəsindəki fəaliyyətim başa çatdı. Bu, şirkətin yerli bazarla bağlı qəbul etdiyi qlobal qərarla əlaqədardır. Qeyd etmək istərdim ki, məqsədyönlü idarəetmə sayəsində 2025-ci ildə Gürcüstan bazarı şirkətin beynəlxalq bazarları arasında ən yaxşı əməliyyat göstəricilərini qeydə almışdı", - deyə G. Çolariya qeyd edib.

Xatırladaq ki, "Yandex Eats" Gürcüstan bazarına 2024-cü ildə daxil olmuşdu. Şirkətin bu qəfil gedişi yerli çatdırılma bazarında rəqabət mühitinə təsir göstərəcək.