ABŞ və İran əsas prinsipləri razılaşdırdı

Feb 17, 2026 - 22:07
 0  16
ABŞ və İran əsas prinsipləri razılaşdırdı

İran və ABŞ konstruktiv danışıqlar aparıblar. Tərəflər mümkün yeni nüvə sazişinin mətninə daxil ediləcək bir sıra rəhbər prinsiplər üzrə razılığa gəliblər.

Xeber.ge xeber  verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı Cenevrədə bu gün keçirilən danışıqlar haqda danışarkən deyib.

Arakçı bildirib ki, İran və ABŞ nüvə sazişinin layihəsi hazırlanıb müzakirə edildikdən sonra danışıqların üçüncü mərhələsi üçün tarix təyin edəcəklər:

“Danışıqların ikinci mərhələsi zamanı İran və ABŞ əvvəlki məsləhətləşmələrdən daha ciddi məsələləri müzakirə ediblər”.